Xidmət haqqının ödənilməsi
More.az saytında qeydiyyatdan keçirdiyiniz hesaba daxil olaraq balansınızı artırıb bütün xidmətlərin ödənişlərini edə bilərsiniz.
Balansınızı artırarkən, istifadə edəcəyiniz miqdarda vəsait köçürməyiniz tövsiyyə edilir.
Geri ödəmə
Balansa köçürülən vəsait yalnız aşağıdakı hallarda sizə geri ödənilə bilər:
Əks halda balansa köçürülən vəsait yalnız xərclənə bilər.
Xidmətlərin ləğv edilməsi
Hosting və sayt qaydaları
Bizdən alınan hosting, domen və saytlardan aşağıdakı məqsədlər üçün istifadə etmək qadağandır.
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd materialların yerləşdirilməsi və ya təbliğ edilməsi
Hiyləli və keçidə məcbur edən reklamlar
Ardıcıl çoxlu sorğu göndərmə
Toplu e-maillərin göndərilməsi.
Sıradan çıxmış, təhlükəli və serverə zərər verə biləcək hər hansı bir script və materialların yerləşdirilməsi.
Milli mentalitetə zidd olan məlumatların yerləşdirilməsi.
Domen qaydaları
1) Domen adlarının tərkibində əxlaqdan kənar sözlərdən istifadə edərək qeydiyyata alınması qəti qadağandır.
2) Domen adlarının tərkibində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan və qanunsuz fəaliyyəti ifadə edən, o cümlədən vulqar sözlərdən istifadə edərək qeydiyyata alınması qəti qadağandır.
3) Domenlərin müddəti bitdikdən sonra, "more.az" rəhbərliyi həmin domen üzərində heç bir məsuliyyət daşımır. Ən gec istifadə müddəti bitdiyi gün, domenin müddətini uzatmağınız tövsiyyə edilir.
4) 1 və 2-ci bənddə göstərilən şərtlər pozulduqda, həmin domenlər xəbərdarlıq edilmədən ləğv ediləcək və qeydiyyatçıya qətiyyən geri ödəmə edilməyəcək.
Qeydiyyat şərtləri
Sayt üzərində şəxsi hesab yaratmaq üçün qeydiyyat formasının bütün xanaları doldurulmalıdır.
1) İstifadəçi adı ən az 6, ən çox 25 simvoldan ibarət olmalıdır.
2) Şifrə ən az 6, ən çox 250 simvoldan ibarət ola bilər. Şifrənin tərkibində ardıcıl və eyni olmamaq şərti ilə ən az 2 ədəd simvol yazmağınız tövsiyyə edilir. Bu hesabınızın təhlükəsizliyi üçün mühüm rol oynayır. Misal üçün ən zəif dərəcəli və qısa şifrə bu cür olmalıdır: a7$d0&.
3) Ad və soyad xanasına yazdığınız məlumatların şəxsiyyət vəsiqənizin üzərindəki ilə eyni olması, sayt üzərindən aldığınızın hər hansı bir aylıq və illik ödənişli məhsulun gələcəkdə təhlükəyə düşməməsi üçün vacib amillərdən biridir.
4) E-mail ünvanınızı düzgün yazmağınız tövsiyyə edilir. Xidmətlərin istifadə müddətinin bitməsinə az qaldıqda, sistem tərəfindən avtomatik olaraq qeyddiyyat zamanı qeyd etdiyiniz e-mail ünvanına xidmətin müddətini ödəniş edib uzatmaq üçün bildiriş məktubu göndəriləcək.
5) Telefon nömrəsini düzgün yazmaq mütləqdir. Qeydiyyat formasını düzgün doldurduqdan sonra müvafiq xana açılacaq və sizin telefon nömrənizə məxfi kod göndəriləcək. Telefon nömrənizə gələn kodu həmin xanaya düzgün daxil etmədiyiniz halda, hesabınızı təsdiq edərək qeydiyyatı tamamlaya bilməyəcəksiniz.